Məzahir Pənahov: İndiyədək seçkilərin gedişatı ilə bağlı heç bir ciddi pozuntu qeydə alınmayıb (ƏLAVƏ OLUNUB)

1 Noyabr 2015 13:14 (UTC+04:00)

İndiyədək seçkilərin gedişatı ilə bağlı heç bir ciddi pozuntu qeydə alınmayıb. Movqe.az məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib.

Onun sözlərinə görə, seçkilərlə bağlı indiyədək heç bir rəsmi şikayət daxil olmayıb: "63-cü Sabirabad Birinci Seçki Dairəsində məntəqələrin birində namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi seçinin əlindən 2 bülleteni alaraq qacıb. Bu məsələ diqqətimizə çatdırılıb. Dairələrin birində isə bir deputatlığa namizəd məntəqənin üzvünü təhqir edib. Belə xoşagəlməz hallar olub, amma indiyədək nəticələrə təsir edə biləcək bir problem baş verməyib. Ümid edirəm ki, proses normal şəkildə davam edəcək".

MSK sədri qeyd edib ki, ölkədə bütün məntəqələrdə səsvermə eyni vaxtda səhər saat 8:00-da başlayıb: "Saat 12:00-a olan məlumata görə, seçici fəallığı 28,2 faiz olub. Bu da yaxşı göstəricidir".