MSK sədri səs verdi (FOTO)

1 Noyabr 2015 13:24 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçirilən seçkilərlə əlaqədar səsvermədə iştirak edib.

Movqe.az-ın məlumatına görə, MSK sədri 9 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səs verib.