İsrailin keçmiş xarici işlər naziri parlament seçkilərini müşahidə edir

1 Noyabr 2015 13:30 (UTC+04:00)

İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edir. Movqe.az-ın məlumatına görə, açıqlamasında A.Liberman 6 seçki məntəqəsində seçki prosesini izlədiyini bildirib.

Sabiq nazir seçkilərin sabit keçdiyini, hər hansı qanun pozuntusunun müşahidə edilmədiyini vurğulayıb: "6 seçki məntəqəsində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, seçkilər şəffaf keçirilir. Seçicilərin fəallığı müşahidə olunur".