MSK-nın “qaynar xətt”inə 34 müraciət daxil olub

1 Noyabr 2015 13:40 (UTC+04:00)

Milli Məclisə seçkilərdə səsvermə başlayandan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumilikdə 34 müraciət daxil olub.

Movqe.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında MSK Katibliyinin rəhbəri Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, müraciətlər əsasən məlumat xarakterli olub: "Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".