MSK-nın “qaynar xətt”inə müraciətlərin sayı 58-ə çatıb

1 Noyabr 2015 14:54 (UTC+04:00)

Milli Məclisə seçkilərdə səsvermə başlayandan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumilikdə 58 müraciət daxil olub.

Movqe.az məlumat verir ki, bu barədə jurnalistlərə açıqlamasında MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, müraciətlər əsasən məlumat xarakterli olub: "Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb".