Amerikalı müşahidəçi: Azərbaycanda seçki prosesi ABŞ üçün nümunə ola bilər

1 Noyabr 2015 14:57 (UTC+04:00)

Azərbaycanda seçkilər prosesi müəyyən aspektlərdə ABŞ üçün nümunə ola bilər. Bu barədə "Tool Shed Group"un rəhbəri, Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri Ceyson Kats deyib.

Onun sözlərinə görə, bura səsverməyədək şəxsiyyətin eyniləşdirilməsi və təkrar səsvermə hallarının qarşısının alınması da daxildir.

C.Kats qeyd edib ki, seçkilərdə səsvermə prosesi çox yaxşı təşkil edilib: "Seçki komissiyalarının üzvləri yaxşı hazırlıq keçiblər və çox səmərəli işləyirlər. Müxtəlif məntəqələrdə seçki prosesini diqqətlə müşahidə etdim və amerikalı kimi çox heyrətləndim. Ümumilikdə bu seçkilər azad, yaxşı təşkil edilmiş prosesdir".