8 saylı məntəqədə müşahidəçi: "Protokol əlimizdə hazırdır, amma..."

1 Noyabr 2015 15:12 (UTC+04:00)

Bu gün Milli Məclisə V çağırış seçkilər keçirilir. Movqe.az-ın əməkdaşı 10 saylı Binəqədi üçüncü Seçki Dairəsisinin bir neçə məntəqəsində olaraq seçki prosesinin gedişini izləyib. Yolumuzu bu dairənin 8 saylı məntəqəsindən salırıq. 
















Məntəqənin sədri Kəmalə Şıxlınskaya deyir ki, 10:00-a dək səsvermə prosesində 190 seçici iştirak edib: "Məntəqədə 1408 seçici qeydiyyatdadır. Səsvermə aktiv keçir.  Seçkiləri 16 yerli iki beynəlxalq müşahidəçi izləyir. Məntəqədə kamera quraşdırılıb. Səsvermə prosesinə izləyici kamera vasitəsilə nəzarət olunur. Qanun pozuntusu qeydə alınmayıb. Seçicilər istədikləri namizədə səs verirlər".















Müşahidəçi Vəfa Namazova da səsvermə prosesinin şəffaf keçdiyini dilə gətirib: "Səsvermə başlayandan biz müşahidə aparırıq. Protokol əlimizdə hazırdır, amma qeyd etməyə bir qanun pozuntusu yoxdur. İnanıram ki, axşama qədər belə də davam edər".















Bitərəf müşahidəçi olan Tutu Süleymanova da səsvermənin demokratik şəkildə keçirildiyini söyləyib.


Yeni Azərbaycan Partiyasının təmsilçisi olan İlham Səttarov da səsvermə prosesini əlil arabasında olsa belə müşahidə etməyə gəlib. Həmsöhbətimiz deyir ki, hələki səsvermə prosesində heç bir narazılıq, qanun pozuntusuna rast gəlməyib: "Tezdən müşahidə aparıram. Hələki bir seçici belə narazılığını ifadə etməyib. Özümüz də burda müşahidə aparırırıq. Seçki şəffaf keçirilir". 














Bitərəf müşahidəçi Məmmədov Səid də seçilərdə qanun pozuntusu qeydə almadığını söyləyib: "Bu məntəqədə səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb. İndiyədək etdiyimiz müaşahidə bunu deməyə əsas verir. Milli Məclisə seçkilərin demokratik və şəffaf keçdiyini söyləmək olar".