"Əş-Şəbab" silahlıları Somalidə paytaxtında otelə hücum ediblər: 15 nəfər ölüb, 20 nəfər yaralanıb

1 Noyabr 2015 15:30 (UTC+04:00)

"Əş-Şəbab" qruplaşması Somalinin paytaxtı Moqadişoda otelə hücum edib.

Movqe.az-ın DPA agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

Minalanmış avtomobil otelin qapısına çırpılıb, sonra isə kimliyi bəlli olmayan şəxslər binanın damından atəş açıblar.

Bildirilir ki, hücum zamanı otel sahibi, bəzisiyasətçilər və otelin mühafizə xidmətinin əməkdaşları hədəfə alınıb.

Yerli polisin nümayəndəsi Abdi Hassan hücum edən şəxslərin 6 nəfər olduğunu bildirib. Hadisə şahidlərinin sözlərinə görə, silahlılar Somali ordusunun hərbi geyimində olublar.

Qeyd edək ki, "Əl Qaidə" qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşması Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.