Saat 15:00-a olan məlumata görə, seçici fəallığı 42.9 faiz təşkil edib

1 Noyabr 2015 15:40 (UTC+04:00)

Saat 15:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 2230750 seçici səs verib.

Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 15:00-a olan məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 42.9 faiz təşkil edib.