Daha bir türk serialında Azərbaycan musiqisi səsləndi

23 Oktyabr 2012 11:45 (UTC+04:00)

Türkiyənin "Show TV" telekanalında nümayiş olunan "Pis yedili" serialında Azərbaycan musiqisi səslənib.

Serialda Trafo rolunu oynayan aktyor Halil Babür "Ayrılıq" mahnısını oxuyub. 
Əslən cənubi azərbaycanlı olan Ququşun, sonralar isə Yaqub Zurufçunun ifasında sevilən bu mahnının sözləri Rəcəb İbrahimi, musiqisi isə Əli Səlimiyə aiddir. Türk serialının qəhrəmanı bu mahnını sevdiyi qız üçün ifa edib.