İki təyyarə havada toqquşub
23 Oktyabr 2012 16:11 (UTC+04:00)
Movqe.Az bildirir ki, Hollandiyanın Dronten
qəsəbəsi yaxınlarında, iki "Cessna" tipli təyyarə havada toqquşaraq
yerə düşüb. Dronten bələdiyyəsindən verilən məlumata görə, toqquşan
təyyarələrdən birində 2 adamın həlak olub, digərində isə 2 nəfər
ağır yaralanıb. Yaralılar təcili yardım vertolyot ilə Amsterdam VU
Araşdırma Tibb Mərkəzi ilə Zuolledəki bir xəstəxanada müalicə
altına alınıb. Düşən təyyarələrin yaşayış yerlərinə zərər
vermədiyi qeyd edilib. Hadisəyə şahid olan Dahne Zijtveld,
"Təyyarələr yerdən 100 metr yuxarıda bir-birlərinə çox yaxın
uçurdular. Toqquşaraq böyük bir səs-küy ilə tarlaya düşdülər.
Həqiqətən qorxunc bir hadisə idi." deyib. Dronten polisi hadisə ilə
əlaqədar istintaq açıldığını bildirib.