Misirdə Süleymanın namizədliyinə etiraz edilib

16 Aprel 2012 14:27 (UTC+04:00)

Misirdə minlərlə insan lider Hüsnü Mübarəkin hakimiyyət illərində  kəşfiyyat xidməti başçısı olan Ömər Süleymanın prezidentlik seçkilərinə namizəd olmasına etiraz edib. Paytaxt Qahirədə Təhrir meydanındakı nümayiş  Müsəlman Qardaşlar və digər İslamçı qrupların çağırışıyla təşkil edilib. 

Müsəlman Qardaşlar, Ömər Süleymanın namizədliyini köhnə rejimin yenidən təsis edilməsi kimi qiymətləndiriblər.

Ömər Süleyman, məqsədinin köhnə rejimi geri gətirmək olmadığını bildirib. Prezident seçkiləri isə 23-24 mayda keçiriləcək.

"İnqilabı Qoruyun" şüarıyla baş verən yürüşdə Ömər Süleymanın yanında rəhbərliyi əlində tutan Yüksək Əsgəri Şura əleyhinə də şüarlar hazırlanıb.

Nümayişçilər Süleyman və köhnə baş nazir Əhməd Şəfəqin şəkillərinə çarpaz xətt çəkərək daşıyıblar.

Əhməd Şəfəq də prezidentliyə namizəddir.

BBC-nin Qahirədəki müxbiri Con Leyne bildirib ki, "Radikal İslamçıların bu nümayişdəki sayı keçən il yanvar ayında Mübarəki hakimiyyətdən salmaq məqsədilə keçirilən nümayişdəki etirazçıların sayı ilə müqayisə edilə bilməz."


Ziba Yusifova