"Pussy Riot" qrupunun aqibəti müəyyən olub

23 Oktyabr 2012 19:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinə etiraz etmək məqsədiylə kilsədə etdikləri nümayiş səbəbiylə həbsə məhkum olan "Pussy Riot" qrupunun üzvləri haqqlarında çıxan iki illik həbs cəzasının təsdiqlənməsindən sonra indi də əmək düşərgələrinə göndərilib. AFP xəbər agentliyinə şərh verən müdafiə vəkil Violetta Volkova Nadya Tolokonnikovanın Mordovada Ural dağları bölgəsindəki düşərgəyə, Maria Alyoxinanın isə Perm bölgəsinə yollandığını, hər iki bölgədəki düşərgələrin  keçmiş Sovet dövründən qalmış çətin şərtlərə sahib olduğunu bildirib. Hər iki qrup üzvünün də kiçik yaşda uşaqları var .

Xatırladaq ki, "Pussy Riot" üzvlərindən Yekatarina Samutseviç isə 10 oktyabr tarixində şərti olaraq azad edilmişdi.