Abbas Abbasov: “Bakıda yox, Moskvadayam”
24 Oktyabr 2012 11:05 (UTC+04:00)
Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, baş.nazirin
keçmiş birinci müavini Abbas Abbasov Rusiya azərbaycanıları
milli-mədəni muxtariyyətinin vitse-prezidenti Vidadi Abbasovun onun
barəsində söylədiyi fikirlərə sərt münasibətini bildirib.
V. Abbasovun Moskvada Rusiyada fəaliyyət göstərən erməni
təşkilatlarının nümayəndələri ilə görüşdə A. Abbasovun iştirak
etməməsini guya onun Bakıda olması ilə əlaqələndirməsini təkzib
edib: "Mən bu dəqiqə də Moskvadayam, Bakıya getməmişəm, ermənilərlə
görüşdə isə düşünərək iştirak etməmişəm. Uzun müddət Azərbaycanda
yüksək vəzifə tutmuş bir şəxs kimi, ölkəmiz üçün taleyüklü olan
məsələlərin müzakirəsində prezident İlham Əliyevin tapşırığı və
əmri olamadan iştirak etmərəm. Bu mənim vətəndaş prinsiplərimə və
siyasi əqidəmə ziddir. Bu gün dövlət vəzifəsində olmasam da,
vətəndaş olaraq Azərbaycan dövlətinin sərəncamındayam və hər dəqiqə
prezidentin əmrini gözləyirəm. Mənim haqqımda yalan və həqiqətə
uyğun olamayan məlumatları yayan şəxslərin ucuz provakasiyası baş
tutmayacq. Onların məni Azərbaycan dövləti qarşısında ləkələmək
cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur".
Abbas Abbasov ANS PRESS-ə eksklüziv müsahibəsini bu fikirlərlə
bitirib: "Mənim harada olmağımdan asılı olmayaraq Azərbaycana və
onun prezidentinə sadiqəm".