Azərbaycanda təhsil alanların qidalanması ilə bağlı dövlət standartları hazırlanacaq

24 Oktyabr 2012 16:39 (UTC+04:00)

Təhsil və Səhiyyə nazirlikləri təhsil alanların qidalanması ilə bağlı dövlət standartlarını hazırlayaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edəcək.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, bu vaxtadək belə standartın mövcud olmayıb: "Bu məsələ ilə bağlı işçi qrupu yaradılacaq. Xarici ölkələrin təcrübəsindən bəhrələnməklə yeni qaydalar hazırlanaraq hökumətə təqdim olunacaq. Həmin qaydalar hökumətin təsdiqindən sonra qüvvəyə minəcək. Hələlik bu işə başlamaq ərəfəsindəyik. Ona görə də bu işin nə vaxt yekunlaşacağı məlum deyil".