Oğruları “şkafdakı qız” yaxaladı

24 Oktyabr 2012 17:07 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da oğrular soyduqları evdə şkaflardan birini açdıqlarında evin 14 yaşlı qızıyla qarşılaşıb. Qorxudan gizlənən qızdan qorxan üç oğrunun başı oğurladıqları elektron əşyalara qarışarkən həyacandan mobil telefonlarını bağlamağı unudub. Onların tutulması uzun sürməyib.

Oziel Valazquez (18), Adolfo Villeda (18) və Manuel Murillo (17) evdəki şkafda saxlanan gənc qızı görər kimi hadisə yerindən uzaqlaşıb.

Adı açıqlanmayan gənc qız oğrular evdən ayrılar-ayrılmaz 911-ə zəng edib.

Polis axtarışı nəticəsində oğurladıqları iPhone vasitəsi ilə oğruların yeri tapılıb.