Sabah Azərbaycanın əksər bölgələrində və paytaxtda yağış yağacaq

24 Oktyabr 2012 18:50 (UTC+04:00)

Sabah respublikanın əksər bölgələrində arabir yağış yağacaq, havanın temperaturu oktyabr ayının iqlim norması daxilində olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.