Xoşbəxt qadının şifrəsi

24 Oktyabr 2012 18:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ-da bir qadının nə qədər işləsə "Bəli! Bu gün həqiqətən mükəmməl keçdi." deyəcəyi araşdırılıb. İngilis "Daily Mail" qəzetində nəşr olunan xəbərə görə, bu araşdırma 25-40 yaş arası 900 qadının iştirakıyla reallaşdırılıb. Belə ki, bir qadının mükəmməl bir gün keçirtməsi üçün lazımi vəsaitləri bunlardır: 106 dəqiqəsini romantizmə, 36 dəqiqəsini işə, 57 dəqiqəsini ünsiyyət qurmağa, 68 dəqiqəsini idmana, 56 dəqiqəsini alış-verişə, 50 dəqiqəsini mətbəxdə yemək hazırlamağa, 82 dəqiqəsini rəfiqələri ilə birlikdə keçirməyə ayıran bir qadın ən mükəmməl gününü yaşamış qadın olur.