Məscidlərə muzdlu casus tutulub

24 Oktyabr 2012 20:11 (UTC+04:00)
Movqe.Az bildirir ki, Nyu York Polis Departamentinin (NYPD) şəhərdəki sıravi müsəlmanları təqib etməsi üçün casuslar tutduğu məlum olub. Bangladeş əsilli ABŞ vətəndaşı 19 yaşlı Şamiur Rəhman, AP agentliyinə verdiyi açıqlamada, aylıq min dollar qarşılığında məscidləri və müsəlman dərnəklərini gəzərək buralara gələnlərin adlarını polisə verdiyini söyləyib. Sanki iki fərqli həyatı eyni anda yaşadığını söyləyən Rəhman NYPD-ə göndərdiyi mesaj və fotoşəkilləri də göstərib. NYPD-dan  Paul Brouni isə məscid və şagird qruplarını müşahidə altında almadıqlarını   deyərək müdafiə edib. NYPD-nın əvvəl də Nyu Yorkda olan məscid və müsəlmanlara aid məktəbləri davamlı təqib altında tutduğu xəbərləri mətbuatda əks olunmuşdu.