ABŞ hərbi təyyarələri pakistanlıları bombaladı

25 Oktyabr 2012 13:16 (UTC+04:00)
ABŞ-ın hərbi pilotsuz təyyarələri Pakistanın Şimali Vəziristan bölgəsində hücum həyata keçirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb. Ölənlərdən birinin qadın olduğu bildirilir.
Qeyd edək ki, öldürülən şəxslərin terrorçular olduğu ehtimal edilir.