Bir ölkə bu qıza ibadət edir
27 Oktyabr 2012 12:55 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Nepalın paytaxtı
Katmanduda minlərlə adam kiçik yaşlarnda seçilərək "ilahə" kimi
yetişdirilən "Kumari"yə ibadət edir. Nepalı pisliklərdən
qoruduğuna, bərəkət gətirdiyinə inanılan "Kumari", buddist
ailələrində doğulan digər qız uşaqlarından seçilir. Mükəmməliyini
təsdiq edən 32 test keçən qız uşağı, Nepal dilində "bakirə"mənasını
verən "Kumari" olaraq seçilir və il ərzində 13 dəfə çölə çıxarılmaq
şərti ilə məbəddə yaşayır. Ən son "Kumari" olan Matina Şakya
"İlahə"nin taxtına 2010-cu ildə 3 yaşındaykən çıxıb.