Bakıda bir gündə 4 nəfər intihara cəhd edib
29 Oktyabr 2012 10:59 (UTC+04:00)
Ötən gün Bakı şəhərində 4 nəfrə intihara cəhd edib. İntihara cəhd
faktları paytaxtın müxtəlif rayonlarında qeydə alınsada, hamısı
eyni üsulla həyata keçirilib. Belə ki, axşam saat 20:00 radələrində
Binəqədi rayonu ərazisində 26 yaşlı Aysel Nuriyeva özünə qəsd
məqsədilə 2 qutu dərman içib. O ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilib.
Digər zəhərlənmə faktı Sabunçu rayonu ərazisində baş verib. Rayon
sakini 40 yaşlı Nura Qarayeva intihar məqsədilə çoxlu dərman içib.
Lakin dərhal hadisədəın xəbər tutan ailə üzvləri həkim çağırıblar
və qadın xəstəxanaya yerləşdirilib.
Xəzər rayonu Binə qəsəbəsində 21 yaşlı Tofiq Paşayev çox sayda
dərman qəbul edib. Xoşbəxtlikdən Tofiq Paşayevin də həyatını xilas
etmək mümkün olub.
Sonuncu intihara cəhd isə Nizami rayonu ərazisində baş verib. Rayon
sakini 16 yaşlı İlahə Həsənov intihar məqsədilə dərman qəbul
etsədə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.