Deputat Hüseynbala Mirələmovun oğlu polis rəisi vəzifəsindən azad edilib

29 Oktyabr 2012 11:39 (UTC+04:00)
Azərbaycanda bir neçə polis rəisi işdən çıxarılıb. Bu barədəAPA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəlil Mehmanov və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov tutduqları vəzifədən azad ediliblər. Onların hər ikisi sərəncama götürülüb. Məlumat üçün qeyd edək ki, F. Mirələmov Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun oğludur.