"Siqaret 1 milyard insanı məhv edəcək"

29 Oktyabr 2012 15:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Independent" qəzeti, İsveçrənin Luqano qəsəbəsində təşkil edilən xərçənglə mübarizə konfransı ilə əlaqədar xəbərində "Siqaret bu əsrdə dünya daxilində bir milyard adamı öldürəcək" deyir.  Əslində bu xəbərdarlıq Amerika Xərçənglə Mübarizə Dərnəyi başçısı Cohn Seffrinə aiddir. Qəzetdə nəşr edilən xəbərə görə, dünyanın ən məşhur 100 xərçəng mütəxəssisini görüşdürən forumda hökumətlərin qlobal tütün sənayesini dayandırmaq üçün daha çox səy göstərməsi istənilib. Bunu təmin etmək üçün atılması təklif olunan addımlar arasında siqaret qiymətlərinin böyük nisbətdə qaldırılması, tütün reklamlarının qadağan edilməsi və çox millətli tütün şirkətlərinin qazanclarına ağır şəkildə vergi qoyulması da var.