Ziyafətdə cinayət hadisəsi baş verib

17 Aprel 2012 11:16 (UTC+04:00)


Movqe.Az xəbər verir ki, Meksikanın şimalında silahlı təcavüzkarlar məclislərin birinə hücum edərək, rəqs edənlərin üzərinə atəş açıblar. Nəticədə 5 nəfər öldürülüb. Məlumata görə, Monterreydəki "El Dorado" klubuna zorla daxil olan təcavüzkarlar salonda olan yüzlərlə adama atəş açıb. Hadisə zamanı 5 adam ölüb, 3-ü isə yaralanıb. Güman edilir ki, təcavüzkarlar pul yığan bir təşkilata üzvləridir.

Qeyd edək ki, keçən ilin avqustun 25-də Monterreydəki iki mərtəbəli kazinoya basqın edilmişdi. Həmin hadisədə isə 52 nəfər həyatını itirmişdi.

Ziba Yusifova