Klinton Balkan səfərinə çıxıb

30 Oktyabr 2012 16:06 (UTC+04:00)
Movqe.Az "Euronews"a istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton dörd günlük Balkan səfərinə çıxıb. İlk olaraq, Bosniya və Herseqovinaya üz tutub. Avropa Birliyinin xarici işlər üzrə nümayəndəsi Katerin Eştonun da iştirakı ilə ölkədəki etnik bərabərsizliklərin həlli ilə bağlı  yığıncaq keçiriləcək.

Xatırladaq ki, Klinton, Balkan səfərinə çıxmamışdan əvvəl Əlcəzairə gedərək Prezident Əbdüləziz Buteflikadan Şimali Malidə keçiriləcək hərbi müdaxiləyə dəstək verməsini istəyib.