Qızlar mikro-kreditlə ər alır

30 Oktyabr 2012 17:33 (UTC+04:00)
Movqe.Az bildirir ki, Qızlara deyil kişilərə "başlıq pulu"nun verildiyi Banqladeşdə ailə qurmaq istəyənlərin köməyinə "mikro-kredit" çatıb. Ölkədəki mülki yardım quruluşlarından biri olan İslami Yardımın direktoru Mustafa Hüseyin Sarker, qızlara mikro-kredit verərək peşə sahibi olmalarını və ehtiyacı olduqları pulu yığmalarını təmin etməyə çalışdıqlarını söyləyib. Gənc qızların çoxunun "başlıq pulu"na görə ailə qura bilmədiklərini söyləyən Sarker, belə dedi: "Bir çox qız ailəsinin bu "başlıq pulu"nu verə bilmədiyi üçün xaricə gedir və ya özünü xoşagəlməz situasiya və mühitdə tapır. Bunun qarşısının alınması üçün mikro-kreditlər verib onlara dəstək olmağa çalışırıq. İş tapmaqlarına kömək olmağa, öz pullarını qazanmalarını təmin etməklə məşğul oluruq. Bundan əlavə, bu uşaqları evləndiririk və xərclərini qarşılayırıq. Mikro-kreditlərlə kişilərə də sərmayə təmin edirik."