MDB dövlət başçıları sammitinin yeni tarixi açıqlandı
31 Oktyabr 2012 10:50 (UTC+04:00)
MDB dövlət başçılarının növbəti sammiti dekabrın 5-də
Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək. Bundan bir gün əvvəl
isə Aşqabadda MDB Xarici İşlər Nazirlikləri Şurasının iclası
olacaq.
Sammitin vaxtını Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov
və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev müzakirə
ediblər. Sammitin vaxtının dəyişdirilməsi MDB-nin İcraiyyə
Komitəsinin xahişi ilə edilib. Türkmənistan tərəfi bəyan edib ki,
görüşün keçirilməsinə tam hazırdır. Hazırda MDB dövlət başçıları
Şurasına Qurbanqulu Berdıməhəmmədov rəhbərlik edir.
Sergey Lebedev deyib ki, sammitin vaxtının dəyişdirilməsi bu görüşə
hazırlıq, müzakirə olunacaq sənədlərin hazırlanması ilə bağlıdır.
Aşqabadda MDB ölkələri arasında əməkdaşlığın inkişafına dair 20
sənəd ətrafında müzakirələr aparılacaq.
Xatırladaq ki, iclasların müvafiq olaraq noyabrın 1 və 2-də
Aşqabadda keçirilməsi planlaşdırılırsa da, şər iki toplantı təxirə
salındı.