“İrana qarşı hərbi variantların tətbiqi gündəmdədir”

31 Oktyabr 2012 10:59 (UTC+04:00)
"İrana qarşı hərbi variantların tətbiqi gündəmdədir". Bu fikirləri İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm bildirib. Onun sözlərinə görə, bununla bağlı irəli sürülən iddialar tamamilə gerçəkdir və bu cür planlar həqiqətən mövcuddur: "Əgər düşmənlərimiz hərbi variantın uğurlu olacağına əmin olsalar, onu icra etməkdə tərəddüd belə etməyəcəklər".