Avropanın ən qədim kəndi tapılıb

1 Noyabr 2012 15:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bolqarıstanın şimal şərqindəki Provadya yaxınlarında aparılan qazıntılarda Avropanın ən qədim məskəni tapılıb. Arxeoloqlara görə, 350 əhalisi olan kəndin tarixi  e.ə. 4700-4200 illərinə aiddir. Bu, antik yunan mədəniyyətinin başlanğıcının 1500 il əvvəlinə uyğun gəlir. Kəndin tarixdən əvvəlki dövrdə əhəmiyyətli bir duz istehsal mərkəzi olduğu güman edilir. 40 il əvvəl eyni bölgədə qədim dövrə aid çox miqdarda qızıl tapılıb.