Seçkilər təxirə salınacaq?

1 Noyabr 2012 15:35 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Sandy" qasırğası başda Nyu York və Nyu Cersey olmaqla ABŞ-ın şimal-şərqində 8 milyon nəfəri işıqsız qoyduğu üçün çərşənbə axşamı günü keçiriləcək seçkilərdə səs vermə avadanlıqlarının işləməmək ehtimalına qarşı seçkinin təxirə salınması variantı da müzakirə edilməyə başlanıb. Uzaq bir ehtimal kimi görünsə də, indi hüquqçular təxirə salma halında münasib olan yolu araşdırırlar. Qanunlara görə noyabr ayının ilk çərşənbə axşamı günü keçiriləcək seçkilərin tarixini dəyişdirmək səlahiyyəti ABŞ Konqresinə aiddir. Bu səbəblə həm Obama, həm də Romney qrupu seçkinin bütün ölkədə olmasa da, yalnız qasırğanın təsir etdiyi bölgələrdə təxirə salınmasına qarşı hazırlanır.