Dünyada ilk dəfə olaraq qızıl kredit kartı

1 Noyabr 2012 16:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, Qazaxıstanda bir bank xüsusi müştəriləri üçün dünyanın ilk qızıl, almaz və mirvaridən hazırlanmış kredit kartını çıxardır. Bankın internet saytında verdiyi məlumata görə, saf qızıldan hazırlanmış, üzərində 26 almaz və mirvari ilə bəzədilmiş kartın məhdud sayda çıxarılacaq. Bankın internet saytında "Sərhədsiz imtiyaz Visa Kartı"nın lüks komponentlərini tanıdan video da yayımlanıb. Bank spikeri, yalnız 100 ədəd çıxarılması planlanan kredit kartına sahib olmaq istəyənlərin 100 min dollar ödəməsi lazım olduğunu söyləyib. İlliyinə 2 min dollar düşən kredit kartı, şanslı sahiblərinə dünyanın dörd tərəfindəki hava limanlarında restoranlara giriş, xidmətçi xidmətləri, otel və restoranlarda endirim, avtomobil icarəsi kimi bir çox imkan təmin edəcək. Bu imkanlar arasında 250 min dollarlıq həyat və sağlamlıq sığortası da var. Pos cihazlarında istifadə üçün plastik bir kartla birlikdə təqdim ediləcək kart, yalnız Qazaxıstanda yaşayan və bankda hesabı olan müştərilərə veriləcək.