Putinin sağlamlıq vəziyyəti qaydasındadır
1 Noyabr 2012 17:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiyanın Prezidenti
Vladimir Putinin son zamanlar xarici səfərlərinin təxirə
salınmasının sağlamlıq vəziyyətindən qaynaqlandığı istiqamətindəki
iddialar yalanlanıb. Putinin mətbuat spikeri Dmitriy Peskov verdiyi
məlumatda, "Bəzi mətbuat orqanları Putinin sağlamlıq problemi
olduğuna görə xarici səfərlərini təxirə saldığını deyirlər. Hansı
mənbələrdən bəhs edirlər bilmirik, amma bu iddialar gerçək deyil."
sözlərini deyib.
Bundan əlavə, Peskov, Putinin 3 dekabrda Türkiyəyə, 24 dekabrda
isə Hindistana edəcəyi səfərlərin açıqlandığını xatırladıb və
təxirə salınan digər səfərlərin tarixlərinin də tərəflərlə
görüşdükdən sonra müəyyənləşəcəyini bildirib. Bəzi rus media
orqanlarında, Putinin kürəyi ilə əlaqədar sağlamlıq problemi
yaşadığı və buna görə xarici səfərləri təxirə saldığı istiqamətində
iddialara yer verilmişdi.