Qış Avropada ölümə səbəb olub
1 Noyabr 2012 17:50 (UTC+04:00)
Movqe.Az bildirir ki, Qış Polşa və
İspaniyada təsirini göstərməyə başlayıb. Həddindən artıq soyuqlar
Polşada 14 nəfərin ölümünə səbəb olub, İspaniyada isə ilin ilk qarı
yağıb. Kanarya adaları şiddətli fırtınanın səbəb olduğu meşə
yangınıyla mübarizə edir. Sərt qar yağışı paytaxt Varşavada həyatı
iflic edib. Şəhərdə 700 min adamın işıqsız qaldığı bildirilir.
İspaniyanın paytaxtı Madridə isə ilin ilk qarı yağıb. Havanın
birdən soyuması və qar yağması xüsusilə dağlıq bölgələrdə həyata
mənfi təsir edir. Kanarya adalarında da şiddətli fırtına meşə
yangınına səbəb olub. Los Realecos bölgəsindəki yanğın səbəbiylə
evlər boşaldılıb, insanlar evakuasiya edilib.