Səsvermə yaş həddi 16 olacaq

1 Noyabr 2012 16:41 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Argentinada senat səsvermə yaşının 16-ya salınmasını nəzərdə tutan qanun təklifini qəbul edib. Səs vermə yaşının 18-dən16-ya salınması təklifi senatda 2 xeyr və 1 bitərəf səsə qarşı 131 bəli ilə dünən gecə qəbul edilib. Ölkədə 16-17 yaş aralığında 1 milyondan çox gəncin olduğu təxmin edilərək seçicilərin ümumi sayının 29 milyon olduğu qeyd edilib. Hökumət sentyabr ayından müzakirə edilən təklifin, ifadə azadlığına kömək edəcəyini bildirsə də, müxalifət şagirdlərin siyasətdən uzaq tutulması lazım olduğunu ifadə etmişdi.