Əfqanıstanın Prezidentini ABŞ seçir

1 Noyabr 2012 18:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Taliban spikeri Qari Yusif Əhməd, Əfqanıstanda Prezidenti ABŞ-ın seçdiyini söyləyib.Əhməd verdiyi yazılı məlumatda, Əfqanıstan xalqının Prezident seçimində heç bir rolunun olmadığını bildirib. ABŞ-ın istədiyi adamın Əfqanıstanın prezidentliyə seçiləcəyini yazan Əhməd, 2014-cü il seçkilərində də ABŞ-ın maraqları üçün çalışan birinin Əfqanıstanın Prezidenti olacağını qeyd edib. Əfqanıstan seçki heyəti bir gün əvvəl təşkil etdiyi mətbuat konfransında Talibana 2014-cü il seçkilərində iştirak etmək üçün müraciət edib. Taliban isə NATO-nun Əfqanıstanı tərk etməsindən sonra özlərinin dövlət başına keçəcəklərini açıqlayıb.