Eks-prezidentin zəhərlənməsi təsdiqləndi

2 Noyabr 2012 10:50 (UTC+04:00)

Ölümünün şübhəli olduğu düşünülərək məzarı açılan Türkiyənin 8-ci prezidenti Turqut Özaldan alınan nümunələr üzərində aparılan ilkin araşdırmada zəhərlənmə ilə bağlı faktlar aşkarlanıb.

Bu barədə Türkiyənin "Bu gün" qəzeti xəbər yayıb. Qəzetin xəbərinə görə, aparılan tibbi ekspertiziyanın nəticələri məlum olub. İddiaya görə, Özalın bədənində yüksək miqdarda güclü zəhər qalıntılarına rast gəlinib. Tibb mütəxəssisləri "striknin keratin" adlı maddənin çox qüvvətli zəhər olduğunu bildirib.Qəzetdəki xəbərdə zəhərli maddənin Türqut Özalın yeməyinə qatıldığı ehtimalı olduğu qeyd edilir.