Brayzanın səfir təyinatına qarşı çıxan senator fahişələrlə əlaqələrdə günahlandırılır

2 Noyabr 2012 11:22 (UTC+04:00)

ABŞ Konqresində erməni diasporunun maraqlarını müdafiə edən senator Bob Menendes seksual zəminli qalmaqalın mərkəzi fiquruna çevrilib.

Gün.Azxəbər verir ki, bu barədə Daily Mail mətbu orqanı yazıb.

Dominikan Respublikasından olan iki fahişə 58 yaşlı senatoru seksual xarakterli xidmətlərin göstərilməsinə görə vəd olunmuş 500 dollar əvəzinə 100 dollar ödəməkdə günahlandırıblar.

Qadınlar mətbuata bildiriblər ki, onları görüşün baş tutmalı olduğu və Dominikan Respublikasında yerləşən dəbdəbəli Kasa-de-Kampo kurortuna aparıblar.

Görüş yerinə gətirilən fahişələr müştərinin senator Menendes olduğunu bilib və sonradan onu fotoşəkillər üzrə də tanıyıblar. Hər iki fahişə bəyan ediblər ki, Menendes onlarla yaxşı davranıb.
Lakin onlar öz xidmətlərinə görə vəd olunmuş məbləğin yalnız beşdən birini aldıqlarından son dərəcə narazı qalıblar.

Menendesin mətbuat katibi öz növbəsində bu ittihamları şərh etməkdən imtina edərək, onları yalan adlandırıb. Lakin Daily Mail-in yazdığına görə, Nyu-Cersi ştatını təmsil edən ermənipərəst senator Menendes Dominikan Respublikasına tez-tez səfərlər edir.

Qeyd edək ki, demokrat Menendes peşəkar keyfiyyətlərinə baxmayaraq, Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmasına təkidlə qarşı çıxanlardan biri olub.

O, 2011-ci ilin bir neçə ayı ərzində senator Barbara Bokserlə birlikdə Senatın prezident tərəfindən təyin olunmuş Brayzanın təyinatının qarşısının alınması üçün səy göstərib.

Bundan başqa, Menendes "erməni soyqırımının" tanınması haqqında qətnamə layihəsinin təşəbbüskarıdır. Lakin qətnaməninin Amerika Konqresinə keçirilməsi üzrə çoxsaylı səylər hələlik uğurla nəticələnməyib.