2 Noyabr 2012 12:05 (UTC+04:00)

Bakı Şəhəri Baş Polis İdarəsinin (BŞBDİ) əməkdaşları qanun pozuntusuna yol verən motosiklçilərə qarşı reydlərə başlayıblar. Bu barədə BŞBDİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, yol polisi izləmə kameraları vasitəsilə motosiklçilər tərəfindən çoxlu sayda yol hərəkəti qaydalarının pozulması hallarının müşahidə edib. O deyib: "Motosiklçilər nəqliyyat vasitəsini qoruyu şlem, sürücülük vəsiqəsi və dövlət nömrə nişanları olmadan idarə edirlər. İlin əvvəlindən indiyədək motosiklçilərin səbəb olduğu 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb".