Şəhərin adı satışa çıxarılıb

2 Noyabr 2012 14:21 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiyanın cənubundakı Osaka əyalətində yerləşən İzumisano şəhərinin adı ağır borclarına görə satışa çıxarılıb. İzumisano rəhbərliyi, ən yüksək təklif irəli sürən adamın istədiyi adı şəhərə verə biləcəyini söyləyib. Şəhərin təxminən 100 milyard yen borcu var. Bu borcun yarı hissəsi Kansai hava limanı üçün edilən alt quruluş investisiyalarından qaynaqlanır. İzumisano rəhbərliyindən bir səlahiyyətli, "Hava limanının quruluşunun infrastruktur investisiyalarına çox pul xərclənib" deyib. İzumisano rəhbərliyi, ad satışından ən az 1 milyard yen gəlir əldə etməyi planlaşdırır. Qazanan adam, şəhərlə 10 illik razılaşma imzalayacaq. Ancaq xalq arasında bu plana qarşı çıxanlar da var. Şəhər rəhbərliyindən bir səlahiyyətli, "Adın tarixiə aid olduğunu, alıb-satılacaq bir şey olmadığını söyləyirlər." deyə bildirib.