Boşanma xəbəri yalandır
2 Noyabr 2012 16:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, Ayrı olduqları
bilinən Eşton Kutçer və Demi Mur əlaqələrini rəsmi olaraq bitirmək
niyyətində görünmürlər. TMZ-nin qaynaqlardan əldə etdiyi məlumatına
görə, nə Eşton, nə də Demi boşanmaq istədiklərinə dair vəkillərinə
heç bir məlumat verməyiblər. Bundan əlavə, TMZ cütlüyün
gözlədiklərinin səbəbinin şəxsi mülk mübadiləsi məsələləri ilə
əlaqədar olmadığını da açıqlayıb. Hətta alınan məlumatlara görə,
cütlük bu məsələni aralarında heç müzakirə də etməyiblər. Onların
evliliklərini bitirməyə bir səbəblərinin olduğu haqqında bir
məlumat yoxdur. Xatırladaq ki, 6 il davam edən evliliklərindən
sonra Eşton və Demi 2011-ci il noyabr ayı tarixində ayrıldıqlarını
açıqlamışdılar.