Artıq "Microsoft" da öz telefonunu hazırlayır

2 Noyabr 2012 18:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Texnologiya dünyasına yayılan son xəbərlərə görə, "Microsoft"un eynilə "Apple"ın mənimsədiyi kimi bir iş modelinə keçəcəyi, öz çıxardığı məhsullara öz proqramını yükləməyə başlayacağı bildirilir. "Wall Street Journal" qəzetində yazılan məlumatda bildirilib ki, Asiyanın elektronik məhsulların hissələri üzrə çalışan işçiləri "Microsoft"un telefon dizaynı üzərində işləyirlər. Adının açıqlanmasını istəməyən qaynaqlar, telefonun kütləvi istehsala girib-girməyəcəyi mövzusunda məlumat verməyiblər. Eyni qaynaqların qəzetə verdikləri məlumatda, hazırlanmaqda olan telefonun ekran genişliyinin 4-5 düym (10.5-12.5 sm) arasında olduğunu bildiriblər. "Microsoft", "Windows 8" əməliyyat sistemiylə işləyən "Surface" planşetini iyun ayında açıqlayıb, 23 oktyabrda isə "Windows 8" ilə birlikdə texnologiya dünyasına təqdim edib. Asiyalı rəsmilər, şirkətin planşetlərdən sonra telefon bazarına da girmək istədiyini söyləyiblər.