ABŞ-da işsizlik dərəcəsi artıb

2 Noyabr 2012 17:37 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da açıqlanan son rəqəmlərə görə işsizlik 7.9 faiz olub. ABŞ Əmək Nazirliyi tərəfindən edilən şərhə görə oktyabr ayında xüsusi sektor 171 min nəfərə yeni iş məşğulluğu təmin edib. ABŞ-da keçiriləcək prezident seçkisi əvvəli açıqlanan son hesabat Prezident Obama üçün həyati əhəmiyyətə malik idi. Son hesabata görə prezident Obamanın işsizlik mövzusunda seçici qarşısında çətinlik çəkəcəyi ifadə edilib.