Obamanın mühafizəçisi ölü tapıldı

2 Noyabr 2012 19:32 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ prezidenti Barak Obamanın mühafizəçilərindən Rafael Prieto ölü tapılıb. ABŞ rəsmiləri Prietonun "sui-qəsd" etdiyini düşündüklərini açıqlayıblar. Prietonun bir xarici ölkə vətəndaşıyla yaşadığı əlaqəni komandirlərinə bildirmədiyi üçün haqqında istintaq açıldığı bildirilib. Prietonun 20 ildir işlədiyi "Gizli Xidmət" adlı orqandan gələn məlumatda, "qiymətli bir iş yoldaşın ölümündən böyük kədər hissi keçiririk" sözləri vurğulanıb. Mülki geyimli "Gizli Xidmət" agentləri, Prezidenti, köməkçilərini, ailələrini və onlara dəstək olan formalı qrupları qoruyur. Xidmətin agentləri bu ilin əvvəllərində Kolumbiyada bir fahişəlik skandalı yaşayıblar. Aprel ayında Kolumbiyanın Kartagena şəhərində keçirilən Amerika sammitində ABŞ prezidenti Barak Obamanın ziyarətinə hazırlıq etmək üçün şəhərə gələn agentlərin əyləndikləri bildirilib və hadisənin məlum olmasından sonra bəzi agentlər işlərindən qovulub. ABŞ-da milli təhlükəsizliyə təhdid ola biləcəyi səbəbiylə bütün kəşfiyyatçılar xarici ölkə vətəndaşları ilə əlaqələrini bildirmək məcburiyyətindədirlər.