ABŞ cənub qonşumuza İsrailin mümkün hücumundan narahatdır

17 Aprel 2012 14:49 (UTC+04:00)


ABŞ rəsmiləri İranda atom bombası proqramını dayandırması təklifi səsləndiriblər. İran isə ən yüksək səviyyədə bundan imtina etmək niyyətində olmadığını açıqlayıb. Belə bir vaxtda, ABŞ Prezidenti Barak Obama İsrailin İrana hücumunun qarşısını almaq üçün gərgin işləyir.

Movqe.Az ABŞ-ın "Front Page Magazine" internet jurnalına istinadən xəbər verir. İnternet jurnalına yazılır: "ABŞ rəsmiləri ölkələrin ərazisindən İsrailin hücum planlarından istifadə etməyəcəyinə inanırlar. Azərbaycan rəsmiləri ölkə ərazisinin İrana hücum etmək üçün istifadə olunmayacağını əvvəlcədən bəyan ediblər".

Bundan əlavə, müdafiə naziri Leon Panetta, milli təhlükəsizlik müşaviri Tom Donilon, Müştərək Rəhbərlər sədri Martin Dempsi və bir çox başqaları İrana hücum etməməyi İsrailə bildirmək üçün Yerusəlimə göndəriliblər.

CNN ilə müsahibəsində general Dempsi bildirib ki, bu məqamda İrana hücum etməyi qərarlaşdırmaq düzgün deyil.

Ziba Yusifova