Prezidentliyə namizədlər erməniləri məyus ediblər
5 Noyabr 2012 10:19 (UTC+04:00)
Amerika Erməni Milli Konqresi bəyan edib ki, Birləşmiş Ştatlardakı
prezident seçkilərində namizədlərdən heç birini dəstəkləmir. Mitt
Romninin ermənilərlə bağlı məsələlərə biganəliyi onu deməyə əsas
verir ki, o, ermənilər üçün təhlükəli seçimdir.
Barak Obamaya gəlincə, o, ermənilərə böyük məyusluq yaşadıb.
Ermənilər hesab edirdilər ki, o, öz sələfi ilə həmfikirdir və
qondarma "erməni soyqırımı" iddialarına tanıyacaq. Lakin Barak
Obama prezident seçiləndən dərhal sonra Türkiyəyə səfər etdi,
Ermənistanın düşməni ilə müttəfiqliyə başladı.
Ermənilərin ABŞ prezidentliyinə namizədlərlə səs alveri seçkiyə az
qalmış daha da sürətlənib. Onlar bəyan ediblər ki, Mitt Romni
"erməni soyqırımı" iddialarına dəstək versək, ermənilərin səsini
qazana bilər. Eyni təklif Barak Obamaya da ünvanlanıb. Amma
namizədlərdən heç biri indiyədək qondarma erməni iddialarına dəstək
verməyiblər və noyabrın 6-nadək belə bəyanatın olacağı gözlənilmir.