Cəbhədə vəziyyət gərgindir

5 Noyabr 2012 10:46 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində, Xocavənd rayonunun işğal olunmuş Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.