3 uşaq atası özünü diri-diri yandırdı

5 Noyabr 2012 10:53 (UTC+04:00)
Quba rayonunda 49 yaşlı kişi dəhşətli şəkildə intihar edib. Çiçi kəndində kənd sakini, 1963-cü il təvəllüdlü Rəhim Nəzərpaşa oğlu Süleymanovun yanmış meyidi yaşadığı həyətdə tapılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəhim Süleymanov özü-özünü yandırıb. Onun yanından 1 litlik plastik qabda benzin və cibindən məktub tapılıb. Məktubda yazılıb: "Mənim ölümümdə heç kim günahkar deyil. Özüm özümü yandırmışam. Mən öləndən sonra qəbrimin üstünə heç kim gəlməsin".
Məlumata görə, 3 uşaq atası olan Rəhim Süleymanov bir müddət əvvəl həyat yoldaşından ayrılıb və R.Süleymanov Quba rayonlararası Nevroloji Xəstəxanada qeydiyyatda olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.