Rəsmi Ankara yunan Kiprinə xəbərdarlıq edib

5 Noyabr 2012 11:18 (UTC+04:00)

Cənubi Kipr Yunan rəhbərliyinin neft-qaz kəşfiyyat-axtarış işləri üçün ikinci dəfə tender elan etməsi Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən mənfi qarşılanıb.

Nazirliyin bəyanatında yunan Kiprinin təhrikedici fəaliyyətlərinin davam etməsinin Türkiyə və Şimali Kipr Türk Respublikası üçün qəbuledilməz olduğu bildirilir. Nazirlik tenderdə iştirak edəcək ölkələrin və beynəlxalq neft şirkətlərinin, Türkiyədəki yeni enerji layihələrinə daxil olunmayacağını bəyan edib. Rəsmi Ankara ölkələri bu tenderdə iştirak etməməyə çağırıb.