İctimai yerlərdə yüksək səs salmağa görə cəzalar sərtləşdiriləcək

5 Noyabr 2012 11:40 (UTC+04:00)

İctimai Xətalar Məcəlləsində ediləcək dəyişikliklər nəticəsində ictimai yerlərdə yüksək səs salmağa və ictimai narahatlıq yaratmağa görə sanrksiyalar srətləşdirləcək.

Bu barədəSalamNews-a məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcələsinin 306 maddəsinin: "Məişət səs-küyünə qarşı mübarizə qaydalarını - mənzillərdə, yaşayış evlərinin girişində, həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtə saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səsələ oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- vətəndaş xəbərdarlıq edilməklə yanaşı, 30 manatdan 50 manatadək cərimə ediləcəklər.

Xatırladaq ki, mövcud qanunda bu cərimə 15 manatdan 25 manatadəkdir.

Ə.Hüseynli deyib ki, qanun sərtləşdirilməsi ictimai qayda-qanun yaranmasına xidmət edəcək. İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinə ediləcək dəyişiklik nəticəsində "Bilə-bilə yalandan ixtisalaşdırılmış xidmətləri çağırmağa görə" də cəzalar sərtləşdiriləcək. Belə ki, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağıranlar 100 manat cərimələnəcəklər. Qanuna dəyişiklik ölkə başçısı tərəfindən təsdiq edildikdən sonra yeni ildən qüvvəyə minəcək.